“Playboy” ulduzuna Rostov meriyasında iş təklif etdilər - FOTO

“Playboy” ulduzuna Rostov meriyasında iş təklif etdilər - FOTO

"Playboy" modeli Mariya Limana doğma şəhəri Rostovda (Rusiya) iş təklif ediblər.

Ulduz özünün "Instagram" səhifəsində bildirib ki, o şəhər meriyasının mətbuat xidmətinə rəhbərlik etməyə hazırdır.

Lakin Mariyanın sözlərinə görə, o hazırda təhsili ilə bağlı Londonda yaşamağa məcburdur. Əgər yeni iş yeri onun təhsilinə mane olarsa model çətin seçim qarşısında qalacaq.

Təklifi ünvanlayan LDPR partiyasının yerli bölməsindən bildiriblər ki, onlar Mariyanı erotik fotosetlərin ulduzu kimi yox, sosial şəbəkələrin aparılması üzrə mütəxəssis qismində görürlər.  

Qeyd edək ki, ulduzun tək "Instagram" səhifəsinə yarım milyondan artıq insan abünə olub.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31