Rusiyada təyyarə qəza enişi etdi, 56 yaralı var - FOTO/VİDEO

Rusiyada təyyarə qəza enişi etdi, 56 yaralı var - FOTO/VİDEO

Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı xəsarət alanların sayı 56-ya qədər artıb.

Olaylar.az  xəbər verir ki, bu haqda İstintaq Komitəsindən bildirilib.

"Aeroportun tibbi-sanitar şöbəsinə yardım üçün müraciət edənlərin sayı 56 nəfər təşkil edib, bir sərnişin xəstəxanadadır", - agentliyin həmsöhbəti deyib.

Qalan sərnişinlər evə baxılıb.

Qeyd edək ki, çərşənbə günü axşamı "Azur Air" aviaşirkətinə məxsus "Boing 767-300" təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin, həmçinin ekipajın on üzvü olub.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31