6,8 bal gücündə zəlzələ oldu
6,8 bal gücündə zəlzələ oldu
26 Sentyabr 2019 10:19 Dünyaİndoneziya yeraltı təkanlarla silkələnib.
Olaylar.az xəbər verir ki, Maluku əyalətində 6,8 bal gücündə zəlzələ olub.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu zəlzələnin episentrinin 10 km dərinlikdə olduğunu açıqlayıb.
Hadisədən sonra sunami xəbərdarlığı verilməyib. Tələfatla bağlı məlumat yoxdur.
Qeyd edək ki, Maluku əyalətində 14 iyulda baş verən 7,3 bal gücündə zəlzələ zamanı 6 nəfər ölmüşdü.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31