Klintondan Trampa zərbə: impiçmenti dəstəklədi
Klintondan Trampa zərbə: impiçmenti dəstəklədi
25 Sentyabr 2019 18:10 DünyaABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının ABŞ Prezidenti Donald Tramp barədə impiçment prosesinin başlanmasına dair qərarını dəstəkləyib.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb
"Mən impiçmentin başlanmasının lehinə çıxış edirəm. Mən bu qərarı tez və asan şəkildə qəbul etməmişəm. Bu, fövqəladə haldır. Əgər Ukrayna ətrafındakı son davranışlar impiçment üçün səbəb deyilsə, mən heç nə bilmirəm", - Klinton bildirib.
Qeyd edək ki, Trampın seçkidə əsas rəqibi Co Baydenlə bağlı Ukrayna Prezidenti Zelenskiyə təzyiq göstərməsi barədə məlumat yayılıb. Bunun ardınca Nümayəndələr Palatası prezidentin impiçment məsələsinin araşdırılması barədə qərar verib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31