Dayə acıq çıxmaq üçün 6 AYLIQ KÖRPƏNİ ÖLDÜRÜB, MEŞƏDƏ BASDIRDI
Dayə acıq çıxmaq üçün 6 AYLIQ KÖRPƏNİ ÖLDÜRÜB, MEŞƏDƏ BASDIRDI
25 Sentyabr 2019 16:38 DünyaTümen vilayətinin Zavodoukovsk şəhərində körpə vəhşicəsinə öldürülüb.
Olaylar.az News24.az-a istinadən xəbər verir ki, 24 sentyabrda Severnaya küçəsindəki bir evdən dayəsi tərərfindən 6 aylıq körpə qaçırılıb.
Hadisə ilə bağlı saxlanılan 23 yaşlı dayənin uşağın ögey qardaşı ilə eşq münasibətində olduğu bildirilib.
Sevgilisi ilə dalaşan qız ailədən qisas almaq üçün bu addımı atdığı qeyd olunub.
Öncə körpəni ailəsinə təhvil vermək istəyən dayə, daha sonra bu fikrindən daşınıb. Dəfələrlə həbs olunan qız qorxduğu üçün körpəni meşədə boğaraq öldürüb.
Qatil, qətli törətdiyi əraziyə yaxın yerdə saxlanılıb. Onun alkoqollu içki və ya narkotik maddənin təsiri altında olması iddia olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31