Nazarbayevin nəvəsi məhkəmə qarşısına çıxarılıb
Nazarbayevin nəvəsi məhkəmə qarşısına çıxarılıb
25 Sentyabr 2019 16:07 DünyaQazaxıstan hökuməti ona yeni sənəd verməkdən imtina edib
Londonda Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevin məhkəmə işi davam edir.
Nazarbayev cari ilin iyunun 3-də London hotellərindən birində otağı alt-üst edib, daha sonra eyvandan özünü atacağını bildirib, iki gündən sonra isə polis əməkdaşına hücum edib və əlindən dişləyib.
Qeyd edilir ki, konstebel Rossa Sambruk Nazarbayevi sakitləşdirmək üçün elektroşoker tətbiq etməli olmuşdu.
Nazarbayevə hökm oktyabrın 18-də oxunacaq. Lakin müdafiəçisi onun özünü qeyri-adekvat aparmağına səbəb kimi güclü narkotik asılılığının olmağını gətirir. Eks-prezidentin nəvəsi məcburi müalicəyə göndərilə bilər.
Britaniya hökuməti daha əvvəl Nazarbayevdən pasportunu almışdı, Qazaxıstan hökuməti isə ona yeni sənəd verməkdən imtina etmişdi.
AzNews.az