Putinlə Ərdoğanın yediyi dondurma - Türkiyədə satışda

Putinlə Ərdoğanın yediyi dondurma - Türkiyədə satışda

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təklif etdiyi dondurma xarici ölkələrə ixrac ediləcək.

Olaylar.az  xəbər verir ki, "Korovka iz Korenovki" brendini Rusiyanın ən ləzzətli dondurması kimi tərifləyən Putin "Korenovski" süd fabrikinin məhsullarını Türkiyə daxil olmaqla bir çox ölkəyə satışa çıxarır.

Xatırladaq ki, Rusiya prezidenti MAKS-2019 Beynəlxalq Aerokosmik sərgisində qonağı olan Ərdoğana "Korovka iz Korenovki" markasının dondurmasını təklif edərək Rusiyanın ən yaxşısı olduğunu demişdi.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31