16 yaşlı məktəblini dərsə buraxmadılar - Türk bayrağına görə
16 yaşlı məktəblini dərsə buraxmadılar - Türk bayrağına görə
25 Sentyabr 2019 14:40 DünyaAlmaniyanın Dortmund şəhərində yaşayan bir türk ailəsi düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar.
Olaylar.az xəbər verir ki, Oğuzhan Öz adlı 16 yaşlı gənc məktəbə buraxılmayıb. Səbəb isə əlinin üstündəki türk bayrağının döyməsidir. Məktəbin rəhbərliyi yalnız döyməni bantla bağladığı halda onu içəri buraxacaqlarını bidirib.
Yeniyetmə isə əli bağlı halda sinif otağına girərkən yoldaşlarının gülüşünə səbəb olduğunu və psixologiyasının pozulduğunu söyləyir:
"Atam mənim üçün doğum günümə əlimə türk bayrağının döydürüb. Məktəbə gedəndə müəllimim gördü və çox acıqlandı. Əlimi bağlatdırdı və dedi ki, bu döymə ilə bir daha qapıdan içəri girmə. Dostlarımın gülüş hədəfinə çevrildim. Psixologiyam tamam pozuldu. Anam da məktəbə gəldi, ona da eyni xəbərdarlığı etdilər. Hətta polis də çağırıldı. Kimsə əlimdəki türk bayrağını sildirə bilməz! Türk olduğum üçün məni ələ sala bilməzlər! Buna haqları yoxdur.
Oğuzhanın atası Mustafa bəy isə irqçilik və insan haqlarının tapdalanmasına yol verən bu məktəbin rəhbərliyinin cəzalandırılmasını tələb edəcəyini bildirib:
"Biz türk vətəndaşıyıq. Oğlum dərsə gedə bilmir. Müdir qadağan edib. Mən Almaniya qanunları ilə bağlı araşdırma apardım və müəllimənin qabağına qoydum. Oxuyun, dedim. Belə bir qadağa qoxdur! Elədirsə, onda gərək bütün türk dərnəkləri bağlansın.
Belə çıxır ki, Türkiyə bayrağına da qadağa qoymalısınız. Oğlumun əlindəki bayrağı bağlatdırmaq, "mən Türkiyəyə qarşıyam" - deməkdir. Bu türk bayrağıdır! Kimsə mənim bayrağımı bağlamağa gücü yetməz!
Yoldaşımı da siyasi cəhətdən günahlandırıblar. Mənə qadağalar haqda yazılı qanunları göstərin, dedim. Amma gah nala, gah da mıxa vurdular. Göstərə bilmədilər. Sabah yenə məktəbə gedəcəyəm, oğlumu buraxmasalar, polis çağıracağam."
Moderator.az