Lotereyada 10 milyon uddu, müəmmalı şəkildə öldü
Lotereyada 10 milyon uddu, müəmmalı şəkildə öldü
25 Sentyabr 2019 14:23 DünyaLotoreyada milyonlarla Kanada dolları udan qalib Efiopiyada müəmmalı şəkildə ölüb.
Olaylar.az bildirir ki, bu barədə "CBC News" məlumat yayıb.
Maykl Qebru 2017-ci ildə lotereya biletindən 10,7 milyon Kanada dolları (13,7 milyon manat) qazanıb.
Qebru milyonçu olandan sonra Efiopiyada keçmiş həmvətənlərinin həyatını yaxşılığa doğru dəyişməyə çalışıb.
2 həftə əvvəl Qebrunun Kanadadakı qohumları onun ölüm xəbərini alıblar. Onlar Qebranın pula görə öldürüldüyünü düşünür və Kanadanın Efiopiyadakı səfirliyindən kömək gözləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31