Bu iki idmançıdan şübhə var — Cinsiyyətlərini dəyişiblər?

Bu iki idmançıdan şübhə var — Cinsiyyətlərini dəyişiblər?

Çindən olan iki idmançı xarici görünüşlərinə görə cinsiyyət dəyişikliyində şübhəli biliniblər.

Olaylar.az   xəbər verir ki, qaçış yarışlarında Çin çempionatında dəfələrlə qalib gələn iki idmançı Lyao Mensyu və Tun Zenhuan, görünüşlərinə görə cinsiyyət dəyişikliyində şübhəli biliniblər. Sosial şəbəkələrdə idmançıların mükafatlandırma mərasimindən fotolar yayıldıqdan sonra qalmaqal yaranıb. South China Morning Post qəzetinin yazdığına görə, Lyao Mensyunun verdiyi video müsahibədə səsinin kişi səsinə oxşadığı medianın diqqətini çəkib.

Qeyd edək ki, onlar 4x400 metr estafetdə qalib gəliblər. Sonra 24 yaşlı Mensyu və 23 yaşlı Zenhuan, 400 metr məsafəyə qaçışda müvafiq olaraq qızıl və gümüş qazanıblar. Çin Atletika Assosiasiyası artıq vəziyyətə reaksiya verib. Assosiasiyanın nümayəndələri qadın idmançıları rəsmi olaraq təsdiqləyib.   

olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31