ABŞ-ın Avropada xüsusi qüvvələrinin gizli bazası aşkar edildi – VİDEO

ABŞ-ın Avropada xüsusi qüvvələrinin gizli bazası aşkar edildi – VİDEO

Estoniya ərazisində 2014-cü ildən etibarən ABŞ-ın xüsusi təyinatlılarının məxfi hərbi bazası daim əsasda yerləşir.

Olaylar.az  bildirir ki, belə bir nəticəyə Estoniyanın ERR telekanalında yayımlanan "Şahid" verilişinin jurnalistləri gəliblər.

Belə ki, onlar hərbi bazaya daxil olub, Amerika polkovniklərindən birinə suallar verə biliblər.

Bu ölkənin ərazisində Amerikanın gizli hərbi bazasının olmağına ABŞ Müdafiə Nazirliyinin jurnalistlər üçün açıq olan sənədlərindən birində 2019-cu ildə ABŞ tərəfindən Estoniyaya spesifik obyektin ehtiyacları üçün 15,7 milyon dollar ayrılacağı barədə məlumatın yer alması işarə edib. Vəsait gizli bazanın ərazisində kazarma, tir, silah anbarı və paraşütquruducu qurğunun tikintisi üçün ayrılıb. Bazanın özünə daxil olan jurnalistlərə onu çəkmək, həmçinin sonradan onun yerləşdiyi ərazini açıqlamağa icazə verilməyib.

"Biz 2014-cü ildən bəri daimi əsasda buradayıq və fəaliyyətimiz üçün çox vaxt daha geniş yer tələb olunur", - deyə Amerika ordusunun polkovniki, Avropa xüsusi qüvvələrinin böyük zabiti Kevin Strinqer jurnalistlərə məlumat verib.

Mətbuat nümayəndələrinin sözlərinə əsasən, Pentaqonun ayırdığı 15,7 milyon dollar tikintisi gələn il başa çatacaq əlavə obyektlərin ucaldılmasına sərf olunacaq.

Amerikalı polkovnik Strinqer jurnalistlərə bildirib ki, ABŞ-ın Estoniyadakı xüsusi təyinatlıları Ştutqartdakı xüsusi əməliyyatlar üzrə Avropa komandanlığına tabedirlər, yəni onlar Avropada komandanlıq vasitəsilə ABŞ Silahlı

Qüvvələrinin komandanlığına tabedirlər.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31