İrlandiya seks qalmaqalına görə II Yelizavetanın oğlu ilə görüşlərdən imtina etdi - FOTO
İrlandiya seks qalmaqalına görə II Yelizavetanın oğlu ilə görüşlərdən imtina etdi - FOTO
5 Sentyabr 2019 12:25 DünyaBritaniya şahzadəsi "arzuolunmaz" şəxs elan edilib
Ötən həftə sosial şəbəkələrdə Ceffri Epşteyn, Donald Tramp, Britaniya şahzadəsi Endyu və Jizel Maksvellin ümumi şəkli paylaşılıb. Bu da onların bir-birilə çoxdan tanış olduqlarını növbəti dəfə sübut edir. Jizel Epşteynin zəngin şəxslərə pulla cinsi münasibət üçün təklif etdiyi qızlardan biridir.
Olaylar.az bildirir ki, şəkil Virciniya Cuffre (Epşteyn onu 16 yaşından etibarən cinsi istismara məruz qoyub - red.) tərəfindən paylaşılıb.
Dünən isə Şimali İrlandiya protokol tədbirlərinin təşkilatçılarının şahzadə Endyuya yolladıqları dəvəti geri çağırdıqları, eləcə də onunla keçiriləcək bütün görüşləri ləğv etdikləri barədə məlumat yayılıb. Səbəb kimi isə bildirilib ki, "seks qalmaqalına görə dünya KİV-lərinin diqqəti York şahzadəsinə yönəlib".
"Sky News"un məlumatına əsasən, şahzadə Endryu Şimali İrlandiyanın Kolreyn rayonunda Portraş dəmiryol stansiyasının açılışında iştirak etməli idi. Onun əvəzinə qırmızı lenti mer Şon Betson kəsib.
Lakin "yuxarıdan" iştirakının "arzuolunmaz" olduğuna işarə edilməyinə baxmayaraq, şahzadə Portraşda yerləşən kral qolf-klubunun "Duke of York Young Champions Trophy" illik gənclər turnirinə qatılacaq. Belə ki, Endryu klubun rəhbəri və üzvüdür.
Xatırladaq ki, amerikalı maliyyəçi Ceffri Epşteyn iyulun əvvəlində saxlanılıb. O, qadın alverində ittiham olunur. Bildirilir ki, 2002-2005-ci illərdə milyarder malikanədə yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi zorakılıq tətbiq edib.
Prokurorluq iddia edir ki, Epşteynin xidmətlərindən istifadə edənlər arasında Bill Klinton, Donald Tramp, şahzadə Endrü, İngiltərə və İsrailin keçmiş baş nazirləri Toni Bleyer və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da var.
Xəbər verildiyi kimi, azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə, onları pul müqabilində varlı şəxslərə satmaqda suçlanaraq həbs olunan amerikalı milyarder Ceffri Epşteyn qaldığı təcridxanada ölü olaraq tapılıb.
AzNews.az



AzNews.az