Koçaryanın oğlu axmaq ermənilərə faktları açmaq qərarındadır
Koçaryanın oğlu axmaq ermənilərə faktları açmaq qərarındadır
5 Sentyabr 2019 11:40 DünyaErmənistanın ikinci prezidenti, hal-hazırda həbsdə olan Robert Koçaryanın oğlu Levon Koçaryan bu axşam faktları ən axmaqlar üçün Facebook və İnstagram səhifəsində yerləşdirəcəyini bəyan edib. Eks-prezidentin oğlu Ermənistandakı insanların müxtəlif sözlər söyləməsinə cavab olaraq bu qərara gəlib.
Məlumatda deyilir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu bu gün parlamentin vitse-spikeri Alain Simonyanın, əgər onlar məhkəmələrə təzyiqlərlə rastlaşsalar, qoy hüquq mühafizə orqanlarına müraciət etsinlər, bəyanatına şərh verməkdən imtina edib. O, hamının dediklərini söyləməyəcəyini bildirib və qeyd edib ki, insanlar fərqli şeylər söyləyirlər.
"Hüquqşünasların övladlarına lənət oxuyanlar, parlamentdə mənim Rolls Royce sürdüyümü deyən insanlar var. Ətrafında çoxlu yalanlar var", deyə Levon Koçaryan bildirib.
Levon Köçəryan qeyd edib ki, "ən axmaqlar üçün" bu gün Facebook və İnstagram səhifəsində hamının tanıdığı faktları dərc edəcək, lakin bir çox insanlar hələ də "özlərini axmaq yerinə qoyurlar".
SİA.AZ