Övladını itirən müğənni ərini məhkəməyə verir

Övladını itirən müğənni ərini məhkəməyə verir

Seren Serengil boşanma ərəfəsində olduğu ərini məhkəməyə verib.

Olaylar.az  ölkə.az-a istinadən bildirir ki, Serengil vəkili Esennru Ezgi ilə birgə İstanbul məhkəməsinə gələrək əri Yaşar İpekdən şikayət edərək həbs olunmasını istəyib.

Məhkəmə çıxışında S.Serengil jurnalistlərə açıqlama verib.

"Yaşar mənim təzyiqimin qalxa biləcəyini və belə bir durumda bətnimdəki uşağı itirəcəyimi bilə-bilə addım atdı. Mən bir daha ana olmaya bilərəm".

Serengil ərinin qadına qarşı zorakılıqda ittiham edərək məsuliyyətə cəlb olunmasını istəyir.

"Övladımı ona görə itirdim"- o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31