Keçmiş prezidentin xanımına 58 il həbs verildi + FOTO

Keçmiş prezidentin xanımına 58 il həbs verildi + FOTO

Hondurasda qanunsuz əməllərə görə həbs olunan keçmiş prezident Porfiriyo Lobonun xanımı Elena Bonilla 58 il həbsə məhkum edilib.

Olaylar.az  metbuat.az-a istinadən xəbər verir ki, Bonilla 2010-2014-cü illərdə dövlət xəzinəsindən 600 min dollar pula yiyələnməklə günahlandırılıb. Həmçinin onun qanunsuz olaraq mənimsədiyi məbləğin 10%-ni dpvlətə geri ödəməli olduğu bildirilib. 
Hakimlər keçmiş prezidentin arvadının bu pulları zinət əşyaları almaq və kredit kartını ödəmək üçün istifadə etdiyini qeyd ediblər. Eyni məhkəmədə Bonillanın qardaşı Maurisiyo Mora isə bəraət qazanıb.

Keçmiş prezidentin xanımına 58 il həbs verildi + FOTOLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31