Britaniyada təyyarənin sərnişini işə çıxmayan pilotu əvəzlədi
Britaniyada təyyarənin sərnişini işə çıxmayan pilotu əvəzlədi
5 Sentyabr 2019 10:56 DünyaBöyük Britaniyada "ЕasyJet" şirkətinə məxsus təyyarədə sərnişin sükan arxasında pilotu avəzləyib.
The Mirror xəbər verir ki, Mançester-Alikante reysinin pilotu işə çıxmayıb.
Bu haqda xəbər tutan sərnişin Maykl Bredli təyyarəni idarə edə biləcəyini söyləyib və pilot vəsiqəsini nümayiş etdirib.
Az sonra şırkətin nümayəndəsi onunla əlaqə saxlayıb və sükan arxasına oturmağa icazə verib.
Sərnişin ailəsi ilə birlikdə məzuniyyətə yollanırmış.(Oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31