Banqladeşdə məskunlaşmış müsəlmanlara mobil telefondan istifadə qadağan edildi

Banqladeşdə məskunlaşmış müsəlmanlara mobil telefondan istifadə qadağan edildi

Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib.

Mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb.

Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31