SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi

İndoneziyada dəhşətli yeraltı təkanlar qeydə alınıb.Publika.az xəbər verir ki, ölkənin Şimali Maluku əyalətində 5 bal gücündə zəlzələ baş verib.İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu (BMKG) episentri Ternate bölgəsinin 152 km yaxınlığında yerləşən zəlzələnin ocağının 10 km dərinlikdə olduğunu açıqlayıb.

İMİG və Sakit Okeanı Sunami Mərkəzi yeraltı təkanlardan sonra sunami xəbərdarlığı verməyib.

İlkin məlumata görə, təbiət hadisəsi tələfat və fəsada səbəb olmayıb.

Qeyd edək ki, 14 iyulda Ternate bölgəsində meydana gələn 7,3 bal gücündəki zəlzələdən sonra 6 nəfər həlak olmuşdu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31