Tramp hidrometeoroloqların işinə qarışdı
Tramp hidrometeoroloqların işinə qarışdı
5 Sentyabr 2019 10:18 DünyaABŞ-ın Prezidenti Donald Tramp hidrometeoroloqlarla mübahisə edib.
"RİA Novosti" xəbər verir ki, Ağ Ev rəhbəri "Dorian" qasırğasının ehtimal olunan yolunu əks etdirən xəritəni jurnalistlərə göstərib.
Xəritədə qasırğanın Alabama ştatından da keçəcəyi göstərilib. Daha əvvəl Tramp elə bu səpkidə fikir bildirmişdi və hidrometeoroloqların tənqidinə tuş gəlmişdi.
Milli hidrometeorologiya xidməti isə Alabama əhalisinin təhlükəsizlikdə olduğunu bir daha bəyan edib:
"Təkrar edirik: "Dorian" Alabamada hiss olunmayacaq. Qasırğa ondan şərqdə qalacaq".
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31