Ukrayna hökuməti Kliçkonun istefasını təsdiq etdi

Ukrayna hökuməti Kliçkonun istefasını təsdiq etdi

Ukrayna hökuməti Kiyev meri Vitali Kliçkonun istefasını təsdiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın müavini Aleksey Qonçarenko  "Facebook" hesabında məlumat verib.

Məlumata görə, V.Kliçko şəhər administrasiyasının rəhbəri vəzifəsinə görə verdiyi istefanı Ukrayna hökuməti təsdiq edib. İndi isə V.Kliçkonun istefası barədə əmr prezident Vladimir Zelenski tərəfindən imzalanmalıdır .

Qeyd edək ki, "Paytaxt haqqında" qanuna görə, şəhər rəhbərliyinin başçısı və Kiyev meri fərqli vəzifələr daşıyırlar. Birinci prezident tərəfindən, ikinci isə seçkilər nəticəsində təyin edilir. 

Xatırladaq ki, V.Zelenskinin V.Kliçkonu ikinci vəzifəsindən azad etmək istəyi iyul ayının sonlarında məlum olub. Lakin, avqustun 14-də Vladimir Qroysmanın rəhbərliyi ilə Nazirlər Kabineti bu qərarla razılaşmayıblar.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31