İsrail kəşfiyyatı Türkiyə “S-400″-lərini görüntülədi - Foto

İsrail kəşfiyyatı Türkiyə “S-400″-lərini görüntülədi - Foto

Türkiyənin ABŞ-ın bütün hədə-qorxu və təhdidlərinə baxmayaraq, Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin İsrail kəşfiyyatının diqqət mərkəzində olduğu üzə çıxıb.

Olaylar.az  xəbər verir ki, İsrailin peyk-kəşfiyyat şirkəti olan ImageSat International (ISI) Rusiyadan Türkiyəyə gətirilən S-400-lərin hissələrinin görüntülərini yayıb.

Məlumatda bildirilir ki, İsrail kəşfiyyatı görüntülərdə əks olunan hissələrin S-400-ə aid komponentlər olduğunu iddia edir. İsrail kəşfiyyatının xidmətində olan şirkət görüntülərin öz peykləri vasitəsilə qeydə aldığını və əks olunan komponentlərin əməliyyat rejimində olduğunu bildirib.

O da qeyd olunur ki, ilk dəfə "ISI"-nin "Twitter" səhifəsində dərc edilən şəkillər Ankara ətrafında çəkilib. Həmçinin fotolardakı hissəslərin əsasən radarlar və raketlərin havalandırma komponentləri olduğu bildirilir.

Türkiyə tərəfi hələ ki, İsrail kəşfiyyatının bu açıqlamasına və təqdim etdiyi görüntülərə reaksiya verməyib. Ancaq görüntülərin həqiqiliyi təsdiqlənərsə, İsrailin Türkiyə ərazisini və onun strateji obyekrtlərini izləldiyinin sübutu olacaq.

AZPOLİTİKA.İNFO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31