“Danışmır, susur…” – Həbsdə olan eks-prezidentdən yeni xəbər
“Danışmır, susur…” – Həbsdə olan eks-prezidentdən yeni xəbər
4 Sentyabr 2019 17:08 DünyaQırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev barəsində açılan cinayət işinə etiraz olaraq məhkəmədə sualları cavablandırmaqdan imtina edib.
Olaylar.az xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Sergey Slesarev məlumat verib.
"Müstəntiq və hakimlərin suallarına cavab vermir, susur. Bu, onun baş verən qanunsuzluğa etirazıdır ", - Slesarev deyib.
Almazbek Atambayev dövlət çevrilişinə cəhddə, korrupsiya və hüquq mühafizə orqanlarına silahlı müqavimət göstərməkdə ittiham olunur.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31