Aksiyalar nəticə verdi: Hökumət qanun layihəsini geri çəkdi
Aksiyalar nəticə verdi: Hökumət qanun layihəsini geri çəkdi
4 Sentyabr 2019 15:36 DünyaHonq-Konqda 2 aydır davam edən kütləvi aksiyalar, etirazlar öz nəticəsini verir.
Belə ki, hökumət etirazlara səbəb olan qanun layihəsini geri çağırır.
Olaylar.az xəbər verir ki, Honq-Konq hökuməti rəsmən ekstradisiya haqqında qanun layihəsinin geri çəkiləcəyini açıqlayıb. Yerli administrasiyanın rəhbəri Kerri Lam bu barədə məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi "ölüdür". Ancaq etirazçılar bununla da tam razılaşmır. Onlar sənədin qəbulundan ümumiyyətlə imtina edilmsini tələb edirlər. Layihə qanunverici orqana bu ilin iyununda təqdim olunub və ardınca etirazlar başlayıb.
Aksiyaçılar Çində barəsində cinayət işi olan şəxslərin Honq-Konqdan ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin qəbuluna qəti etiraz ediblər. Kütləvi aksiyalar getdikcə böyüyüb və hökumət layihənin geri çağırmaq qərarına gəlib. İndi isə etirazçılar onun ümumiyyətlə ləğvini tələb edirlər.
Həmçinin, hökumət kütləvi etirazlar zamanı aksiyaçılara zor tətbiq edən polislərlə bağlı araşdırma aparılması üçün xüsusi komissiya yaradıldığını bəyan edib.
cebhe.info