İrandan xəbərdarlıq: “Üçüncü addım daha sərt olacaq”
İrandan xəbərdarlıq: “Üçüncü addım daha sərt olacaq”
2 Sentyabr 2019 17:23 Dünyaİranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi nüvə razılaşmasındakı öhdəliklərin azaldılması istiqamətində atacaqları üçüncü addımın əvvəlkilərdən daha sərt olacağını bildirib.
Olaylar.az xəbər verir ki, XİN rəsmisi vurğulayıb ki, planlaşdırılması yekunlaşan və tətbiq edilməyə hazır olan 3-cü addım 1-ci və 2-ci addımdan daha sərt olacaq: "Əgər diplomatik səylər bir nəticə verərsə, qərardan geri dönmək mümkün ola bilər. Xarici işlər nazirinin köməkçisi Abbas Arakçinin bu günki Paris səfəri nüvə müqaviləsinin qorunması üçün atılan diplomatik addımlardan sayılır".
azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31