Trampı öz xanımı ilə pis rəftarına görə topa tutdular - VİDEO
Trampı öz xanımı ilə pis rəftarına görə topa tutdular - VİDEO
30 Avqust 2019 17:38 DünyaABŞ Prezidenti Donald Tramp ölkənin birinci xanımını, adətən, itləri çağırmaq üçün istifadə olunan jestlə yanına çağırıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, "Twitter"də yayılan həmin görüntü heç də birmənalı qarşılanmayıb və bir çoxlarını qəzəbləndirib.
Yazıçı Ceyms Feltonun dərc etdiyi kadrlarda Tramp əlini ayağına vuran kimi Melaniya onun yanına qaçır.
Postun müəllifi videonu Trampın öz sözləri ilə şərh edib:
"Heç kim qadınlara məndən çox hörmət etmir".
Aşağıdan isə "zarafatyana" Prezidentin adından əlavə edib: "Bura gəl, qızım! (ayağına vuraraq) Bura gəl, arvadım! Afərin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31