Alimlər süni insan beyni yaradıb

Alimlər süni insan beyni yaradıb

San-Dieqodakı Kaliforniya Universitetinin alimləri fəaliyyət göstərə bilən neyron şəbəkələrini yaratmağa qadir kiçik beyin prototipləri yaradıblar.

Olaylar.az bildirir ki, Phys.org məlumat yayıb.

Məlumata görə, kiçik ölçülərə baxmayaraq süni orqanlar müəyyən inkişaf mərhələsində insan beyni kimi dalğalar yaya bilirlər. Bu barədə Phys.org saytı xəbər verib. Noxud boyda olan beyin prototipləri serebral orqanoidlər adını əldə ediblər.

Bioloqlar güman edirlər ki, perspektiv cəhətdən orqanoidlərdən insanın neyron şəbəkələrinin inkişaflarının müşahidə olunmasında, xəstəliklərin modelləşdirilməsində, beyin təkamülünün incələnməsində, dərmanların monitorinqində və hətta süni zəkanın yaradılmasında istifadə etmək olacaq.

Qeyd edək ki, texnologiya hələ hazır deyil və onun necə idarə olunması hələ ki, məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31