Alimlərdən TARİXİ TAPINTI - 3,8 milyon il yaşı olan insan kəlləsi aşkarlandı
Alimlərdən TARİXİ TAPINTI - 3,8 milyon il yaşı olan insan kəlləsi aşkarlandı
30 Avqust 2019 17:04 DünyaEfiopiyada qazıntı işləri aparan arxeoloqlar tarixi sayıla biləcək tapıntı ilə gündəmə gəliblər.
101.az xəbər verir ki, bu barədə "Nature" nəşri məlumat verir.
Uzun müddətli axtarışların sonunda alimlər düzənlik ərazidə insan kəllə sümüyü aşkarlayıblar. Tapılan sümük Klivlend muzeyinə göndərilib. Muzeydə sümük üzərində araşdırma aparan paleantoloqlar, onun 3,8 milyon il əvvəl yaşamış Australopithecus anamensis növünə aid olduğu qənaətinə gəliblər.
Alimlər yeni tapıntının insan təkamülündə yeni eranın başlayacağını bəyan ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31