Kanadanın keçmiş baş naziri Trampa qarğış etdi
Kanadanın keçmiş baş naziri Trampa qarğış etdi
30 Avqust 2019 16:59 DünyaKanadanın keçmiş baş naziri Kim Kempel "Dorian" qasırğasının ABŞ Prezidenti Donald Trampın Floridadakı "Mar-a-Laqo" klubuna birbaşa zərbə vurmasını arzu edib.
Olaylar.az xəbər verir ki, o bu məlumatı öz Tvitter səhifəsində paylaşıb.
"Mən "Mar-a-Laqo"ya birbaşa zərbə endirilməsini həvəslə gözləyirəm", - o bildirib.
Qeyd edək ki, "Mar-a-Laqo" milyonçuların məkanı kimi tanınan "Palm Biç"də yerləşir. Onun dəyəri 200 milyon dollardır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31