İrəvanda tender böhranı: Rus şirkəti cinayət işi açdırdı

İrəvanda tender böhranı: Rus şirkəti cinayət işi açdırdı

Ermənistanda Rusiyanın ORSİS şirkətinin qatıldığı silah tədarükü üzrə tenderin dayandırılmasından sonra cinayət işi açılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb. Şirkət 2019-cu ilin mayında elan edilən tenderdə iştirak etdiklərini, amma sonradan tenderin heç bir səbəb açıqlanmadan dayandırıldığını bildirib.

ORSİS məsələ ilə bağlı Apellyasiya Komissiyasına müraciət etdiyini və nəticədə Ermənistan Cinayət Məcəlləsinin 376-cı - xidmətə səhlənkar yanaşma maddəsiylə cinayət işi başladıldığını bəyan edib.

Məlumatda qeyd olunub ki, şirkət bir neçə il ərzində İrəvana silah, patron, optik cihazlar tədarük edib, amma hazırda əsassız şəkildə Ermənistanın qara siyahısında yer alıb.

Şirkət həmçinin Ermənistan Müdafiə Nazirliyinin əsassız olaraq onları tender üçün lazımlı bir neçə sənədi təqdim etməməkdə günahlandırdığını söyləyib. Bununla bərabər Ermənistan MN şirkətdən əsassız şəkildə bir neçə yüz min dollarlıq ödəniş tələb edib:

"Qanuna görə, belə kompensasiya şirkətin tenderi udub, amma kontraktı imzalamaqdan imtina etdiyi zaman ödənilməlidir".

ORSİS həmçinin baş verənlərlə bağlı İrəvanı təhdid edib. Yaranan situasiyanın Ermənistanda şirkətin patron zavodu tikmək planlarını məhv edəcəyi vurğulanıb.

Ermənistan Müdafiə Nazirliyi də artıq cinayət işi faktını təsdiqləyib və məsələ ilə bağlı ətraflı informasiya verməyəcəyini açıqlayıb.

axar.az

 İrəvanda atışma: ölən və yaralananlar var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31