İrəvanda atışma: ölən və yaralananlar var
26 Avqust 2019 05:44 DünyaErmənistanın paytaxtı İrəvanda atışma olub.
Bu barədə Report məlumat yayıb.
Hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar "Erebuni" tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.
Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və "Makarov" tapançasına aid gilizlər aşkarlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.
Qeyd edək ki, ötən gün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində ölü tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31