"Rusiya G8-ə yalnız belə qayıda bilər" - Jirinovski
"Rusiya G8-ə yalnız belə qayıda bilər" - Jirinovski
26 Avqust 2019 14:00 DünyaRusiya G8-ə klubun sahibi qismində qayıda bilər.
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Teleqram səhifəsində paylaşıb.
"G7-nin yarısı artıq köhnələrdən təşkil edilib. Merkel vəzifəsindən gedir, Konte isə istefaya gedib. Tramp da tezliklə istefaya gedə bilər. Ona görə də Rusiya yalnız klubun sahibi qismində buraya qayıda bilər. İlkin olaraq tələb etməliyik ki, dünyada gərginliyin artacağı və Rusiyanın ünvanına təhdid yaranacağı halda biz yalnız cavab zərbəsi konsepsiyasına sadiq qalacağımıza zəmanət vermirik. Bu zərbə qeyri-effektiv ola bilər", - o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31