Azərbaycanlı bloger Rusiyada saxlanıldı
25 Avqust 2019 06:48 DünyaAzərbaycanlı bloger Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.
Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.
Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31