Jerar Depardye Türkiyə vətəndaşı olmaq istəyir
Fransız aktyoru Jerar Depardye Türkiyə pasportu almaq niyətindədir.
Aktyor bu barədə Şimali Koreyaya səfəri zamanı danışıb.
"Mən oktyabrda Türkiyəyə getmək və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyirəm", - deyə Depardye bildirib.
Qeyd edək ki, J. Depardye 2013-cü ildən Rusiya vətəndaşıdır.(Qafqazinfo)