Türkmənistan Mərkəzi Asiyada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır-Özəl
14:19 Siyasət"Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir. Dövlət başçımız Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib. Azərbaycan ilə Türkmənistan arasındakı strateji tərəfdaşlıq son illər daha da güclənməkdədir. 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 208 milyon dollar olub. Türkmənistan Mərkəzi Asiyada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: " 2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi isə 1 milyard 765 milyon dolları keçib. Bu əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir. Belə ki, 2024-cü ildə ümumi ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar olmuşdur.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Belə ki, Orta Dəhliz vasitəsi ilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb. Bu qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır.
Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir".