Ruslar erməni pilotlara bombalamağı öyrədir: Cənubi Qafqazda SU-30SM dönəmi!

Ruslar erməni pilotlara bombalamağı öyrədir: Cənubi Qafqazda SU-30SM dönəmi!

Məlum olduğu kimi, rəsmi İrəvan hələ bir neçə ay bundan öncə Ermənistanın Rusiyadan yeni nəsil hərbi təyyarələrdən olan SU-30SM qırıcıları alacağını bəyan edib.

Olaylar.az xəbər verir ki, artıq bununla bağlı erməni pilotlar Rusiyada xüsusi təlimə cəlb olunub. Təlim əsnasında rus mütəxəssislər erməni pilotlara SU-30SM təyyarələrindən istifadə etməyin sirlərini öyrədib, bu təyyarəyə məxsus özəlliklər haqqında məlumat verib.  

Erməni pilotların Rusiyada hərbi təlim keçməsi Erebuni şəhərindəki Rusiya Hava Qüvvələrinin komandiri polkovnik Aleksand Petrov tərəfindən də təsdiqlənib. Rus hərbi yetkilisi Ermənistanın alacağı SU-30SM təyyarələrinin Gümrüdəki Şirak hava limanında yerləşdiriləcəyini bildirib.

Məlumat üçün qeyd edək ki, SU-30SM kifayət qədər müasir döyüş təyyarəsi hesab edilsə də, azərbaycanlı hərbi mütəxəssislər bunun ölkəmiz üçün ciddi təhlükə törətmədiyi qənaətindədir. Onların fikrincə, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının sərəncamındakı müasir raket sistemləri bu tip təyyarələri belə zərərsizləşdirməyə qadirdir.

moderator

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31