Tramp Çinə vəd verdi: "Sadiq qalacam"
Tramp Çinə vəd verdi: "Sadiq qalacam"
29 İyun 2019 18:20 DünyaABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə görüşü zamanı "Vahid Çin" prisipinə sadiq qalmağa davam edəcəyi vədini verib.
Olaylar.az xəbər verir ki, bu məlumat ABŞ-Çin liderlərinin görüşünün nəticələrinə dair Çin Mərkəzi Televiziyasının yaydığı bəyanatda yer alıb. Görüş zamanı Tramp Çinin Tayvan məsələsiylə bağlı narahatlığına ciddi yanaşdığını bildirib.
Qeyd edək ki, Çin-ABŞ gərginliyinin başlanmasından sonra ABŞ Tayvana dəstəyini artırmışdı. Pekin isə bunun qarşılığında "Vahid Çin" prinsipinə ABŞ-ın hörmət etməli olduğunu demişdi.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31