Ərdoğan Trampla razılaşmanın detallarını açdı: “Onlardan Boinq” alırıq”
Ərdoğan Trampla razılaşmanın detallarını açdı: “Onlardan Boinq” alırıq”
29 İyun 2019 17:49 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Olaylar.az xəbər verir ki, ölkə başçısı ABŞ və Türkiyə arasında "S-400" gərginliyi barədə danışıb.
Ərdoğan Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri alması ilə bağlı məsələsnin müzakirə olunmayacağını deyib:
"Az əvvəl hörmətli Trampla danışdıq, "S-400"lər təslimedilmə prosesindədir. Belə bir anlaşmadan geri çəkilmək Türkiyə kimi dövlətə yaraşmaz.
Bu məsələ bitdi, biz Obama dönəmində Amerikadan "Patriot" almaq üçün addım atdıq, amma Konqres buna icazə vermədi. İndi də ən uyğun qiymətlərlə bunu əvəz edəcək sistemləri Rusiyadan aldıq.
Sanksiya məsələsinə bu gün Tramp da aydınlıq gətirdi, belə bir addımın atılmayacağını özü mənə dedi.
Rusiyadan "S-400", ABŞ-dan isə 100 ədəd "Boeing" təyyarəsi alırıq".
teleqraf