3 il sonra Putinlə bir araya gəldi - Bu dəfə üzü gülmədi...
3 il sonra Putinlə bir araya gəldi - Bu dəfə üzü gülmədi...
28 İyun 2019 18:32 Dünyaİyunun 28-də Rusiya Prezidenti Vladimir Putinin Yaponiyanın Osaka şəhərində "G20" sammiti çərçivəsində Böyük Britaniyanın sabiq Baş Naziri Tereza Meylə görüşü baş tutub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Meyin Putinlə son 3 ildə ilk tamformatlı görüşü olub. Belə ki, tərəflər sonuncu dəfə 2016-cı ilin sentyabrın 4-də Çində "G20" sammitində təkbətək görüşüblər.
Keçmiş Baş Nazir ötən görüşündə olduğu kimi bu dəfə də önəmli tədbir üçün parlaq qırmızı rəngli kostyumdan istifadə edib. Lakin 2016-cı il görüşündə olduqca şən olan Meyin əhval-ruhiyyəsinin bu gün yaxşı olmadığı diqqətdən qaçmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31