Rusiyanın yeni raketlərinin özəllikləri AÇIQLANDI
Rusiyanın yeni raketlərinin özəllikləri AÇIQLANDI
28 İyun 2019 18:23 DünyaRusiyanın hərbi mütəxəssisləri ilk dəfə yeni növ "RS-28 Sarmat"qitələrarası ballistik raketin özəlliklərini açıqlayıb.
Məlumata görə, "ARMY-2019" beynəlxalq hərbi sərgisində iştirak edən ekspertlər bildirib ki, raketin uçuş məsafəsi 18 min kilometr, çəkisi 178 tondur. Mərminin uzunluğu 35 metr, diametri 3 metrdir.
Nüvə başlığı daşıya bilən Sarmat, müdafiə sistemlerindən yayına bilir. Yeni silahın testləri başa çatıb, uçuş sınaqlarına hazırdır. Qeyd edək ki, "RS-28 Sarmat" qitələrarası ballistik raketləri bu növ üzrə ən güclü silahlardan hesab olunur. (redaktor.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31