Atambayevdən şok: "Həbsim üçün gəlsələr, özümü öldürəcəm"

Atambayevdən şok: "Həbsim üçün gəlsələr, özümü öldürəcəm"

Əgər hüquq-mühafizə orqanları məni həbs etməyə cəhd etsələr, müqavimət göstərəcəyəm.

Olaylar.az xəbər verir ki, bunu Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev deyib. O, həbs olunacağı təqdirdə özünü güllələyəcəyini bildirib.

Atambayev onu həbs etmək istəyənlərin qanunsuz əmrləri icra etmiş olacağını söyləyib:

"Ölkədən qaçmaq fikrində deyiləm. Mənim ünvanıma səsləndirilən ittihamlar yalandır. Hər kəs istintaqın necə getdiyini görür".

Qeyd edək ki, bundan öncə Atambayevin toxunulmazlığı ləğv edilmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31