Kadırovun klubunun Rusiyadakı filialının direktoru öldürüldü

Kadırovun klubunun Rusiyadakı filialının direktoru öldürüldü

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində bir müddət öncə açılmış "Axmat" döyüş klubunun 37 yaşlı direktoru qətlə yetirilib.

Olaylar.az  "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, kürəyindən azı 4 dəfə güllə yarası almış şəxsin cəsədi iyunun 27-də gecə saatlarında küçədə aşkarlanıb. 

İnsidenti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü şəxs axtarışa verilib. 

Faktla bağlı cinayət işi açılıb. Cinayətin təfərrüatı araşdırılır.

Qeyd edək ki, "Axmat-Tolyatti" bu il iyunun 15-də açılıb. Bu, Çeçenistan Prezidenti Ramzan Kadırovun sahibi olduğu Axmat Kadırov adına klubun filialı hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31