İnsanları ürək döyüntüsünə əsasən tanıyan cihaz hazırlanıb
İnsanları ürək döyüntüsünə əsasən tanıyan cihaz hazırlanıb
28 İyun 2019 16:45 DünyaABŞ-ın milli təhlükəsizlik nazirliyi insanları ürək döyüntülərinə əsasən təyin etməyə imkan verən cihaz əldə edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, sözgüedən cihaz Jetson adını əldə edib. Lakin, Pentaqon həmin cihazın istehsalçısının adını çəkmir.
Bu barədə "Vc.ru" məlumat verib.
Sözügedən cihaz infraqırmızı lazer vasitəsilə insanın ürək döyüntüsünün sürətini analiz edir və həmin insanın kimliyini təyin edir.
Jetson 200 metr məsafədə çalışa bilə və insanın kimliyini təyin etmək üçün ona 30 saniyə vaxt lazım olur. Bunun üçün insan hərəkətsiz halda dayanmalıdır. Cihaz yalnız ürək döyüntüləri nəticələri məlumatlar bazasında olan insanın kimliyini təyin edə bilər.
Cihazın təyin nəticəsinin dəqiqliyi 95% təşkil edir.