Bu türk ölkəsinin paytaxtının ADI DƏYİŞDİRİLDİ
20 Mart 2019 16:04 DünyaQazaxıstan parlamenti ölkənin paytaxtı Astana şəhərinin adının dəyişdirilərək Nursultan adlandırılmasına səs verib.
Publika.az xəbər verir ki, deputatlar ölkə paytaxtının adı ilə bağlı Konstitusiyaya düzəliş ediblər. Beləliklə, Qazaxıstanın paytaxtı ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılıb.
Qeyd edək ki, bu təşəbbüslə yeni dövlət başçısı Qasım-Jomart Tokayev çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31