Yeni prezidentdən Nazarbayevin qızına BÖYÜK JEST
20 Mart 2019 15:53 DünyaQazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Senatın sədri seçilib.
Publika.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.
Xəbərə görə, sabiq prezidentin qızı səsvermə nəticəsində sədr seçilib. Onun sədrliyə namizəd olması ilə bağlı yeni prezident Kasım-Jomart Tokayev təklif edib.
Qeyd edək ki, Dariqa Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri təyin olunub. O, daha sonra 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31