“Dünyada ikinci belə bir axmaq soyad yoxdur” – Jirinovski özünü ələ saldı

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gülünc doğuran sözlərlə başlayan soyadlardan danışıb. 

O, bədən hissələrinin adı ilə başlayan bütün soyadları axmaq adlandırıb.  Partiya lideri hətta öz soyadını ələ salaraq deyib ki, dünyada ikinci belə bir axmaq soyad yoxdur:  "Jirinovski - "yağ" sözü ilə başlayır. Bəli, axmaq soyaddır, lakin həm də unikaldır.   Jirinovski digər vəzifəli şəxslərin də soyadlarından bəhs edib:   "Məsələn, Novosibirsk şəhər merinin soyadını - Lokot. Dirsək sözü ilə də soyad başlayar?  Dırnaq, membran, kirpik və s. Bu adla başlayan soyadların elmi əsası yoxdur".   (Lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31