Çində binaların çökməsi nəticəsində 15 nəfər öldü
19 Mart 2019 18:08 DünyaXilasedicilər dağıntılar altından 8 yaşlı uşağı sağ çıxarıblar.
Çinin Şensi vilayətində torpaq sürüşməsi nəticəsində çökən iki yaşayış binasının dağıntıları altından 15 nəfərin cəsədi çıxarılıb.
Martın 15-də baş verən bədbəxt hadisə nəticəsində dağıntılar altında hələ də 5 nəfərin qaldığı güman edilir.
Xilasedicilər dağıntılar altından 8 yaşlı uşağı sağ çıxarıblar. Uşağın yeri müəyyənləşdirildikdən sonra iki saat əllə qazıntı aparılıb və uşaq xilas edilib. Bildirilir ki, anası və nənəsi dağıntılar altından ölü tapılmış uşaq uçqun vaxtı hamamda imiş. Uşaq müvafiq tibbi yoxlanış üçün xəstəxanaya yerləşdirilib.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31