Hindistanda bina çökdü - Dağıntılar altında qalanlar var
19 Mart 2019 17:26 DünyaHindistanın cənub-qərbindəki Karnataka ştatında bina çöküb.
Hadisə nəticəsində azı 1 nəfər həlak olub.
Təxminən 90 nəfərin dağıntılar altında qaldığı deyilir. Qeyd olunur ki, bina çökən zaman onun mağazalar yerləşən birinci və ikinci mərtəbələrində təxminən 150 nəfər olub.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Bununla belə, ölü sayının artması istisna olunmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31