Yeni iPad modelləri təqdim edilib
19 Mart 2019 16:37 DünyaApple iPad Air-in və iPad Mini-nin yeni modellərini təqdim edib.
Olaylar.az bildirir ki, yeni iPad Air-in diaqonalı 10.5 düym (26.67 sm)-dən ibarətdir. Retina ekranı, prosessor A12 Bionic və şəklin keyfiyyətini yaxşılaşdıran True Tone texnologiyalı displeyi ilə təchiz olunub.
iPad Mini üçün diametric 7.9 düym olan (20 sm) ekran saxlanılıb, lakin A12 Bionic prosessoru əlavə edilib. Bundan əlavə qurğunu Apple Pencil stilusu ilə idarə etmək mümkündür.
iPad Air-in satış dəyəri $499-dan, İPad Mini-nin isə $399-dan başlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31