“WhatsApp” təhlükəsizliyi gücləndirir
19 Mart 2019 16:33 DünyaWhatsApp messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.
Olaylar.az bildirir ki, daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa "WhatsApp" daxilində açmaq mümkün olacaq.
Bu yenilik istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.
Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31