Metroda sifət üzrə ödəniş sınaqdan keçirilir

Çin metrosunda sifət üzrə sınaq ödəniş sistemi istifadəyə verilib.

Olaylar.az bildirir ki, Şençjen şəhərinin metropolitenində Futyan stansiyasında sifət üzrə sınaq ödəniş sistemi istifadəyə verilib. Bilet təqdim etmək və ya smartfonda QR kodu skan etmək əvəzinə, sərnişinlər stansiyanın girişində kiçikölçülü ekrana yaxınlaşmalı və sifətlərini skan etməlidirlər. Sifətin tanınması sistemi insanı tanıdıqdan sonra avtomatik olaraq ona bağlı hesabdan pul çıxacaq.

Sözügedən texnologiya "Huawei" şirkətinin köməkliyi ilə hazırlanıb. Sürətli və təhlükəsiz rabitə "5G" şəbəkəsi sayəsində həyata keçirilir.

Qeyd edək ki, texnologiya hələ ki Şençjen şəhərinin yeganə stansiyasında eksperimental rejimdə işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31